Talış sakini: Builki Novruz həyatımızın ən gözəl bayramı oldu
12:32 21.03.2023
Aktual
430
Tərtər rayonunun Talış kəndinin sakinləri baharın gəlişini 30 ildən sonra doğma yurdlarında qarşılayıblar. İşğaldan azad olunmuş Talış kəndində 30 ildən sonra ilk dəfə Novruz tonqalı qalanıb, bayram süfrələri açılıb, milli musiqimiz səsləndirilib, qədim adət-ənənələrimiz nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri Talış kəndində Əkbərovlar ailəsinin qonağı olub, bayramı onlarla qeyd edib. Bayram münasibətilə Əkbərovlar ailəsində böyük şadyanalıq hiss olunub. Ailə ilə bayramlaşmağa gəlmiş qonaqlar birlikdə Novruz tonqalı qalayaraq, sazda milli musiqimizi ifa edib, mahnılar oxuyub, şeirlər söyləyiblər. Bayram süfrəsi ətrafında ötən günlərin xoş xatirələrini yada salıb, yenidən doğma torpaqlara qayıtdıqlarına, Novruz tonqallarının işğaldan azad olunmuş ərazilərdə qalanmasına görə Prezidentimizə, Ordumuza minnətdarlıqlarını ifadə ediblər.
Ailə başçısı Əyyub Əkbərov müxbirimizlə söhbətində deyib: “30 il idi ki, doğma torpaqlarımızdan didərgin düşmüşdük. Bu illər ərzində bir gün də olsun doğma yurdumuzu unutmamış, hər zaman torpaqlarımıza qayıtmaq ümidi ilə yaşamışıq. Artıq Prezidentimizin qətiyyəti, ordumuzun gücü ilə ən böyük istəyimiz gerçəkləşib. Əgər 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayırdıqsa, bu il doğma yurda qayıdışın sevincini yaşayırıq. Əziz bayramımız olan Novruz bayramı ərəfəsində 30 il həsrətində olduğumuz yurdumuza qayıtdıq. Dövlətimiz tərəfindən burada sakinlər üçün ən gözəl şərait yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kəndə səfər edərək yaradılan şəraitlə tanış oldu, bayram tonqalını alovlandırdı. Çox sevinirik ki, səfər çərçivəsində dövlətimizin başçısı bizim evimizdə də oldu, bizimlə söhbət etdi. Bu anları heç vaxt unutmarıq. Builki Novruz həyatımızın ən gözəl bayramı oldu. Bu sevinci bizə bəxş etdiyi üçün Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndindən sonra martın 16-da Tərtər rayonunun Talış kəndinə də məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib. İlkin mərhələdə kəndə 20 məcburi köçkün ailəsi köçürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm