Topu yüksəklərə qaldıraq, yoxsa kitabı? - Naşir sərt təpki ilə üzləşdi
Yusif Nəzərli
12:07 25.11.2022
Aktual
879
Bir neçə gündür ki, futbol üzrə sayca 22-ci dünya çempionatına start verilib. Yarış başladığı andan etibarən sosial şəbəkə istifadəçiləri azarkeşlik etdiyi komandalar barədə dəstək statusları paylaşır. Həmçinin çempionatda qarşılaşan futbol komandalarının müzakirəsini aparır. Belə bir ərəfədə naşir, yazar Şahbaz Xuduoğlunun feysbukda paylaşdığı status futbol sevərləri qıcıqlandırıb.
"Sherg.az"ın məlumatına görə, naşir yazır:
"Hara baxıram, futbol. Hər kəs futboldan danışır. Məncə, futbol qlobal cəhənnəmdir. Kim ora düşür, çıxa bilmir.
Teatr, kino, muzeylər, səyahətlər, sərgilər olduğu halda futbol nədir ki?! Pivə içə-içə futbola bax, sonra da bakalı rəqib komandaya azarkeşlik edənin başına sıx. Bu nə deməkdir? Bu, kütləvi psixozdur".
İstifadəçilər isə naşirin fikri ilə razılaşmayıb. Paylaşıma "mövqeyinizi bəyənmədim", "futbol eşqdir", "şişirtməyin" kimi şərhlər gəlib.
Qeyd edək ki, dünya çempionatının yay fəsilində deyil, qış mövsümünün gedişində keçirilməsi bir ilkdir. Yarış həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu mundial olacaq. Artıq 2026-cı ildən dünya çempionatında 48 komanda mübarizə aparacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual
Tiktokda canlı yayım açan müəllim işdən çıxarıldı
15:14 26.10.2026
Elm və Təhsil