1 milyon verirlər, satmır

Hər gün vitaminlərlə zənginləşdirilmiş 20 litr süd içir, 10 kq alma, bir o qədər də ot və taxıl yeyir
Hindistanın şimalında bir kənddə üç mərtəbəli bir binanın önündəki tövləyə salınan böyük öküz, boylarının ölçüsünü götürmək istər kimi, yeni ziyarətçilərini süzür.
Arxaya doğru qıvrılan buynuzları, məxmər kimi kürkü və incə quyruğuyla dəbdəbəli bir heyvan göz oxşayır. Bu öküz 450 kilo ağırlığında, təxminən 3 metr enində, 1.70 metr boyundadır.
Hər gün vitaminlərlə zənginləşdirilmiş 20 litr süd içir, 10 kq alma, bir o qədər də ot və taxıl yeyir.
Sahibi Karamveer Singh, "hər gün onu görməyə gəlirlər. O bir öküz deyil, bir markadır” deyir.
BBC-dən Soutik Biswasın xəbərinə görə Haryana əyalətində kəndçilik edən bir ailənin üzvü olan 47 yaşlı Singhin, iki sürü malı var. Ayrıca başqa işlərlə də məşğuldur. Həyat yoldaşıyla birlikdə yaşayır. Avtomobilləri, traktorları, xidmətçiləri var. Oğullarından biri Avstraliyada idarəetmə üzrə magistraturanı, digəri Rajasthanda kompüterlik oxuyur.
Singhin sahib olduğu ən qiymətli şey isə, bir kriket ulduzunun adını verdiyi öküzü Yuvrajdı. Hindistandakı buffalo növlərinin ən yaxşısı sayılan Murra öküzlərindəndir.
Sperması da ölkədəki öküz spermalarının ən bahalısıdı. Bir dəfəsi 500-600 dozaya ayrılaraq, təxminən 3 min dollara alıcı tapır.
Yuvrajın spermasını almaq üçün Hindistanın hər yerindən tacirlər axın edir. Tacirlər böyük pullar ödəyərək aldıqları spermaları Yuvraj qədər heybətli öküzlər yetişdirmək istəyən kəndçilərə satır. Yuvraj eyni zamanda büyükbaş heyvan yarışmalarında da sahibinə davamlı pul mükafatı qazandırır. Təbii bu heyvanı satın almaq istəyənlər də yox deyil.
İki il əvvəl Hyderabad şəhərindən bir iş adamı sahibinə bir milyon dolların üzərində pul təklif edib. Amma pazı olmayıb. "Satmağı, ancaq bu pulun üç qatına düşünə bilərəm. O pula vertolyot alaram " deyir Singh, amma bir az düşününcə fikirini dəyişdirir: "Ailəsindən ayırmaq olarmı heç? Onsuz yaşaya bilərəmmi ki?”