10 gün yaşadı: Canlı balıq udan qadın qurtarıla bilmədi





İstanbulda 16 sm uzunluğunda bir canlı istavriti balığını udmaq istəyərkən nəfəs borusu tıxanan 66 yaşlı qadından pis xəbər gəldi. 10 gün əvvəl baş verən hadisədə bir qadın, sahildə balıq tutanların vedrəsindən götürdüyü 16 sm uzunluğunda 3.5 sm enində canlı istavriti balığını "mədə xəstəliyimə şəfa olsun” deyə udmuşdu.

Daha əvvəl də kiçik ala balıqları canlı udduğu öyrənilən qadının bu cəhdi sonrasında nəfəs borusunu tıxanması ilə bədən funksiyaları dayanmış və ən yaxındakı xəstəxanaya çatdırılmışdı. Həkimlərin dərhal müdaxiləsi sonrası bir hissəsi gözlə görünən balıq qadının boğazından çıxarılmış, edilən ürək masajı ilə, qadının yenidən nəfəs alması təmin edilmişdi. Ancaq həkimlərin ölümün caynağından aldıqları qadının, bu müddətdə orqanları gördüyü ziyan səbəbiylə reanimasiya otağına alınmışdır. Bu hadisə sonrasında 10 gün reanimasiyada qalan qadından pis xəbər gəldi. Adı açıqlanmayan qadının 10 günlük həyat mücadiləsindən sonra qadın həyatını itirib.