100 il əvvəl oranı tərk ediblər

1876-cı ildə qurulan Bodie qəsəbəsi, hazırda turistlər tərəfindən tez-tez ziyarət olunan bir qarabasma qəsəbədir.
Keçmişlərdə təxminən 10 min ailənin yaşadığı mədənçilik bölgəsində, işlər bağlanınca insanlar da bölgəni tərk etdi.
1880-ci ildə  əhalisi 10 min civarında idi. 1900-cü illərdə isə köç başladı və əhali olduqca azaldı.
Və Bodie ABŞ-ın ən məşhur qarabasma şəhərlərindən birinə çevrildi. 1932-ci ildə yaşanan böyük yanğından sonra isə tamamilə tərk edildi. İndilərdə qəsəbəyə tarixi dövrləri numayiş etdirən muzey kimi  səfərlər təşkil edilir.
İlin hər günü açıq olan məkanda, qışda yollar bağlandığı üçün nəqliyyatın hərəkəti  çətinləşir.
Qəsəbə Kaliforniyanın  qoruması altında park kimi təyin olunub.
Vaxtı ilə 10 min əhalisi olan qəsəbə, dövründə "Günah Qəsəbəsi" olaraq bilinirdi.