101 yaşında hər gün dilənir

Yığdığı 40 min avronu uşaq evlərinin elektrik borcları üçün hədiyyə edib
İnsanlar qocaldıqca daha xeyirxah olurlar. İnanmırsız? Bu adamın taleyinə baxın, ömrünün ahıl cağında etdikləri əsl insanlıqdır.
Adı Dobri Dobrevdir. 101 yaşı var, eşitmə qabiliyyətini İkinci Dünya müharibəsində itirmiş bir adamdır. Hər gün, yaşadığı kəndindən 10 km. məsafə uzaqlıqda olan yerdə öz tikdiyi paltarlarla bütün gününü dilənməklə keçirir. Daha sonra Sofya şəhərinə gedir və bütün diləndiklərini bağışlayır. İddialara görə, tarixi əsərlərin qorunduğu muzeyə və uşaq evlərinin elektrik borcları üçün 40.000 avrodan çox pulunu hədiyyə verib. Maraqlı burasıdır ki, bu qoca cəmi 80 avro təqaüd almasına baxmayaraq işindən zövq alır.