“Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə məhz Qərbin köməyi ilə gəlib”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Fuad Heydər deyib.
Düşmən ölkədəki gərgin siyasi və sosial durumu dəyərləndirən ekspert bildirib ki, əgər Qərb ölkələrinin açıq dəstəyi olmasaydı, Paşinyan “inqilab” yolu ilə belə hakimiyyətə gələ bilməyəcəkdi:
“Qərbdə belə bir adət var. Çox söz verirlər, amma az əməl edirlər. Bu, siyasətin qanununu hesab edilir. Paşinyan Qərbin ona maddi baxımdan kömək göstərəcəyini zənn etsə də, bunun üçün ABŞ-a öz adamlarını göndərsə də, istəyinə nail ola bilməyəcək. Erməni baş nazir Rusiyanı ilk başda ciddiyə almadı. Zaman keçdikcə Paşinyan səhv siyasət apardığını dərk etməyə başladı. Lakin indiki məqamda Rusiyadan kömək istəməyə üzü yoxdur”.
Analitikin sözlərinə görə, artıq bütün ölkələr Ermənistanın Dağlıq Qarabağı işğal etməsi reallığını bilir:
“Belə halda ABŞ-ın və ya Avropanın işğalçı erməni dövlətinə maliyyə yardımı etməsi inandırıcı deyil”.