İlk dəfə belə yaxından göründülər

Antropoloqlar, qəbilə üzvlərinin yanına gedərək kəndə hücumların səbəbini ortaya çıxarmağa çalışacaq




Perudakı Amazon meşələrində dünyadan tamamilə təcrid olunmuş halda yaşayan Mashco-Piro qəbiləsi təsadüfən reallaşan bir qarşılaşma nəticəsində göstərildi.

İspan arxeoloq Diyeqo Cortijo, 120 metr uzaqlıqdan, teleskoplu bir fotoaparatla, bu cür, "heç bir zaman təmas qurulmamış” bir qəbilənin indiyə qədər çəkilmiş ən detallı görüntülərini əldə edib. Antropoloqlar indi o qəbilə ilə ilk rəsmi təması reallaşdırmağa hazırlaşırlar. Peruda normal şərtlərdə həm xalqın, həm də hökumət vəzifəlilərinin yerli qəbilələrlə ünsiyyətə keçməsi qadağandır. Qəbilə üzvləri müasir dünyada tez-tez rast gəlinən bir çox zərərsiz mikroba qarşı immuniteti olmadığı və təbii həyatlarının xaricindən gələn insanlarla ünsiyyətə keçdikləri zaman xəstələnə bildikləri üçün tətbiq olunur. Ancaq qəbilə üzvləri son illərdə tez-tez meşədən çıxıb, yay və oxlarla ətrafdakı kəndlərdə yaşayan vətəndaşlara hücum etdiyi görünür. İndi antropoloqlar, qəbilə üzvlərinin yanına gedərək bu hücumların səbəbini ortaya çıxarmağa çalışacaqlar.