21 yaşlı məcburi köçkün özünü asdı

O, sağalmaz xəstəliyə düçar olduğundan bu addımı atıb

 


Bakıda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Şuşa şəhərciyində qeydə alınıb.
Kəlbəcər rayonundan məcburi köçkün olan, 1994-cü il təvəllüdlü Mahmud Əsgər oğlu Əsgərov yaşadığı evdə özünün asaraq intihar edib.
M. Əsgərov intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda sağalmaz xəstəliyə düçar olduğuna görə bu addımı atdığını qeyd edib.