“Odnoklassniki” istifadəçilərinə pul ödəyəcək



"Odnoklassniki” sosial şəbəkəsinin rəhbərliyi saytın istənilən versiyasında, APİ-servisində və xarici vidcetlərdə nöqsan tapan istifadəçilərinə pul ödəyəcək.
İKT.lent.az-ın "runews24.ru” saytına istinadən məlumatına görə, sosial şəbəkənin rəsmiləri bildirir ki, nominal ödənişin məbləği 100 dollar olacaq.
Onların sözlərinə görə, mükafatın məbləği birbaşa olaraq təhlükəsizlik səviyyəsinin kritikliyindən asılı olacaq.
"Odnoklassniki” rəhbərliyi ilk dəfə deyil ki, istifadəçilərlə belə bir əməkdaşlığa təcrübədən keçirir. Analoji kampaniya inişil də təşkil olunmuşdu. Ancaq o zaman sosial şəbəkədə aşkar olunan zəifliyə görə maksimal ödəniş 500 dollar təşkil edirdi.
Xatırladaq ki, iyun ayında məlum olub ki, "Odnoklassniki” açıqca və hədiyyələrdən 4 milyard rubl qazanc əldə edib.