11 yaşlı uşaq tüfənglə oynayarkən 7 yaşlı bacısını vurdu





Kahramanda, 11 yaşlı M.U.ın əlinə alıb oynadığı tüfəngin tətiyinə toxunmasıyla qarşısında dayanan bacısı 7 yaşlı Zeynəb Fadime U. qarınından ağır yaralandı. Zeynəb Fadime, aparılan xəstəxanada müdaxiləyə baxmayaraq həyatını itirdi.

Ana və atası bağçada tərəvəz yığan və evdə bacısı ilə birlikdə tək qalan M. U., ov tüfəngini əlinə alaraq oynamağa başlayıb. Tətiyə toxunmasıyla atəş qarşısında dayanan Zeynəb Fadimenin qarın nahiyyəsinə dəyib. Qorxaraq dərhal evdən çıxan və atasının yanına gedən M. U., bacısının vurulduğunu bildirib. Evə qaçan ata, təcili yardıma məlumat verdikdən sonra ağır yaralanan qızını götürərək yükmaşını ilə xəstəxanaya aparmaq üçün yola çıxır. Yolda sağlamlıq qruplarına təslim edilən Zeynəb Fadime U., Karaman xəstəxanasına çatdırılır. Ancaq təcili xidmətdə bütün müdaxiləyə baxmayaraq Zeynəbin həyatı qurtarıla bilmədi.