"2015-ci il noyabrın 1-də ölkəmizdə mühüm siyasi hadisələrdən biri kimi parlament seçkiləri keçiriləcək. Milli Məclisə seçkilərlə əlaqədar artıq bir neçə jurnalist deputatlığa namizədliyini irəli sürüb və qarşıdakı müddətdə daha bir neçə jurnalist də seçkiyə qatılmaq niyyətində olduğunu bildirib. Bəyan edirik ki, Parlament Jurnalistləri Birliyi (PJB) təşkilat olaraq seçkilərdə iştirak etməsə də, seçki prosesinə namizəd kimi qatılan jurnalistlərə dəstəyini ifadə edir”.
Qarşıdan gələn parlament seçkiləri ilə bağlı PJB bəyan edib ki, Milli Məclis üzvləri arasında jurnalistlərin çox olması ciddi əhəmiyyətə malıkdir.
- Biz hesab edirik ki, deputat seçiləcək jurnalistlər daha aktiv olacaqlar. Bunu deputat jurnalistlərin təcrübəsi dəfələrlə sübut edib. Jurnalistlərin məsələlərə baxışı daha obyektiv olur, hadisələr zamanı onlar daha çeviklik nümayiş etdirirlər. Ona görə də bütün gücümüzlə jurnalistlərin Milli Məclisdə daha çox yer almasını dəstəkləyəcəyik”.