12 yaşlı qız ölü tapıldı

Gizemi, əskərlikdən yeni gələn dayısı oğulu təcavüz etdikdən sonra bıçaqlayıb
Yalovada 12 yaşlı Gizem Ekici evdə atası tərəfindən ölü tapıldı. Qız uşağının bıçaqlandığı təyin olundu. Sirrin cinayətin şübhəlisi olaraq dayısının oğulu 21 yaşlı E. A. nəzarətə alındı.
Alınan məlumata görə, Seyrantəpə məhəlləsindəki bir evdə məskunlaşan Gizem Ekicinin anası səhər işə gedib. Atası da Yalova xəstəxanasına yola cıxıb. Ata Arif Ekici , saat 9.30 radələrində evə dönərkən qızını kreslonun arxasında ölü tapıb. 6-cı sinif şagirdi Gizem Ekicinin sinəsindən bıçaqlandığı bildirilir.
Hadisə yerinə gələn jandarma qrupları və prokurorun araşdırmasından sonra Gizem Ekicinin cəsədi araşdırılmaq üçün Ədliyə Tibb Təşkilatına göndərilib.
Türkiyə mediasının xəbərinə görə, Gizem Ekicinin cinayət şübhəlisi olaraq dayısının oğulu 21 yaşlı E. A. nəzarətə alınıb. Kiçik uşağa təcavüz etdikdən sonra öldürdüyü iddiasıyla nəzarətə alındığı E.A.ın iki ay əvvəl əsgərlikdən gəldiyi ifadə edildi. Hadisə ilə əlaqədar istintaq aparılır.