"Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi ancaq münaqişənin siyasi tənzimlənməsindən sonra mümkündür”.
APA-nın xəbərinə görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib. Onun fikrincə, Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi barədə danışmaq tezdir: "Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün çalışmalıyıq. Mən Minsk qrupunun fəaliyyətinin yenilənməsini dəstəkləyirəm. 2016-cı ilin sonunda Ermənistan və Azərbaycan arasında daha effektiv dialoqun şahidi olacaqsınız”.
C. Appaturay qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərindəki gərginlik NATO-nun region ölkələri ilə əməkdaşlığına təsir etməyəcək.