14 saylı kolonun müəmması hələ açılmayıb
20:25 11.02.2015
Arxiv
767
Etiraza qalxan məhbuslar cəzalarını Qobustanda çəkəcəklər
Məhkum Elşad Babayevin saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində öldürülməsinə etiraz edən məhkumların bir qisminə məhkəmə qurulub. Məhkum yoldaşlarının vəhşicəsinə döyülərək öldürülməsinə etiraz edən 10-a yaxın məhkum cəzaçəkmə müəssisəsində hakim qarşısına çıxarılıb. Cəzaçəkmə müəssisəsində baş tutan məhkəmədə məhkumların cəza müddəti artırılıb. Hökmə görə onlar təyin olunan cəzanı Qobustan qapalı həbsxanasında çəkəcəklər.
Qeyd edək ki, ötən il dekabrın 22-də məhkum Elşad Babayev 14 saylı Cəzaçəkmə Müəssisəsində döyülərək öldürülüb. Bundan sonra məhkumun meyiti Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Qətldən 1 ay sonra Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb.
14 saylı cəzaçəkmə müəssisəsində baş verən məhkum ölümünün detalları və etiraza qalxan məhkumların "Qobustan”a göndərilməsi ilə bağlı ətraflı məlumat almaq üçün Azərbaycanda Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı ilə əlaqə saxladıq: "14 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisələrlə bağlı araşdırmalar aparılır. Bu məsələ İctimai Komitə üzvlərinin də diqqətindədir. Məhkum Elşad Babayevin saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində öldürülməsinə etiraz edən məhkumların bir qisminə məhkəmə qurulması və onların təyin olunan cəzanı Qobustan qapalı həbsxanasında çəkəcəkləri barədə də məlumatımız var. Həmin məhbusların ailələri, qohumları da bizə müraciət edirlər və danışıqlarımız olur. Hətta Elşad Babayevin ölümü ilə bağlı etiraza qalxan 11 məhkumun Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə ("Tubzon”) göndərilməsinə qarşı da biz müvafiq qurumlara öz sözümüzü bildirdik. Ancaq biz hələ ki, 14 saylı cəzaçəkmə müəssisəsinə baş çəkmədiyimiz üçün konkret heç nə deyə bilmərik. Sadəcə olaraq İctimai Komitə üzvləri olaraq öz aramızda müəyyən müzakirələr aparmışıq. Məhbuslarla görüşmək və hadisələri yerində araşdırmaq üçün 14-cü kolona getdikdən sonra nə baş verdiyini dəqiq deyə bilərik. Çünki cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı fikirlər ziddiyyətlidir. Konkret rəsmi açıqlama verilməyib. Açıqlanan məlumatlarla da məhbus yaxınlarının dedikləri üst-üstə düşmür. Məhbuslarla birbaşa təmasımız olmadığı üçün vahid rəy çıxara bilmirik. Ancaq 14 saylı cəzaçəkmə müəssisəsində monitorinqlər keçirib, məhkumlarla söhbət apardıqdan sonra obyektiv qərara münasibət sərgiləyə bilərik. Fərziyələrə dayanaraq subyektiv fikirlər açıqlamaq heç nəyi həll eləmir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya