Dövran dəyişib


Dünyanın ən zəngin milyarderləri ABŞ-da yox, Pekində yaşayır

Uzun müddət idi ki, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhəri dünyanın ən çox milyarderinə ev sahibliyi edirdi.  "Şərq" xarici mətbuata istinadən xəbər verir ki, milyon dollarlıq mənzilləri və "Limuzin"ləri ilə məşhur olan Nyu-Yorkla yanaşı siyahıda ABŞ-ın digər şəhərləri də yer alıb. Lakin 2000-ci illərdən sonra bu vəziyyət dəyişməyə başlayıb. İndi siyahıya Çin şəhərləri də daxildir. Belə ki, Statistanın apardığı araşdırmaya görə, 2020-ci ilədək dünyanın ən çox milyarderi Çinin paytaxtı Pekində yaşayıb. İlk onluqda Çinin əsasən Şanxay, Şenzen, Hanqzou və Honq Konq şəhərləri də yer alır. Çinin Yangtze çayı deltasında yerləşən  Hanqzou şəhəri eyni zamanda ölkənin əhəmiyyətli sənaye və ticarət şəhərlərindən biridir. Şanxaydan 180 km cənub-qərbdə yerləşən Hanqzou 2012-ci ilə qədər 8 milyon əhaliyə sahib olub. Neolitik Çağdan bəri məskunlaşan Hanqzou bu gün də Çinin müasir simasını təmsil edir. Kanallar üzərində qurulmuş Vuhzen kimi tarixi və turistik əhəmiyyətə malik yaşayış məskənlərinə ev sahibliyi edən bölgə də Çinin ən çox milyarderlərinin yaşadığı yerlər arasındadır. Statistanın məlumatlarına görə, Çinin şərqindəki Hanqzouda 47 milyarder yaşayır.