Beynəlxalq Təbiəti Qoruma Birliyi və "BirdLife International" tərəfindən yeni bir araşdırma aparılıb. Elm adamları ətraf mühit üçün böyük əhəmiyyət kəsb edən yırtıcı quşlarla bağlı narahatlıq doğuran baçıqlama veriblər.
"Sherg.az" "Ntv.com"a istinadən bildirir ki, dünyada 557 yırtıcı növ quşun 30 faizinin nəsli kəsilmək üzrədir.
Tədqiqatçılar bu quşların yox olmasının ətraf mühitə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq ediblər. Filippin qartalı və Annobon bayquşu da daxil olmaqla on səkkiz növün ciddi şəkildə nəsli kəsilməkdə olduğu bildirilir.
Meksika Milli Muxtar Universitetinin ornitoloqu Cerardo Ceballos söyləyib:
"Müəyyən bölgələrdə bir çox quş növünün yox olma təhlükəsi var. Məsələn, qızıl qartal Meksikanın milli quşudur, ancaq Meksikada bu növdən az qalıb".