19 qəzetin hər birinə 40 min manat...
14:22 25.07.2016
Arxiv
618
KİVDF bütövlükdə 27 qəzetə maliyyə yardımı ayırıb
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının xüsusi iclası keçirilib.
APA-nın KİVDF-nin saytına istinadən verdiyi məlumata görə, iclasda prezidentin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması müzakirə olunub. Uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.
Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:
№ Nəşrin adı Ayrılmış məbləğ
1. "Azərbaycan” qəzeti 40.000 AZN
2. "Bakinski raboçi” qəzeti 40.000 AZN
3. "Bakı Xəbər” qəzeti 40.000 AZN
4. "525-ci qəzet” 40.000 AZN
5. "Ekspress” qəzeti 40.000 AZN
6. "Ədalət” qəzeti 40.000 AZN
7. "Xalq qəzeti” 40.000 AZN
8. "İki sahil” qəzeti 40.000 AZN
9. "Kaspi” qəzeti 40.000 AZN
10. "Kaspiy” qəzeti 40.000 AZN
11. "Mövqe” qəzeti 40.000 AZN
12. "Olaylar” qəzeti 40.000 AZN
13. "Palitra” qəzeti 40.000 AZN
14. "Respublika” qəzeti 40.000 AZN
15. "Səs” qəzeti 40.000 AZN
16. "Şərq” qəzeti 40.000 AZN
17. "Şərq qapısı” qəzeti 40.000 AZN
18. "Yeni Azərbaycan” qəzeti 40.000 AZN
19. "Yeni Müsavat” qəzeti 40.000 AZN
20. "Azad Azərbaycan” qəzeti 30.000 AZN
21. "Bizim yol” qəzeti 30.000 AZN
22. "Exo” qəzeti 30.000 AZN
23. "Həftə içi” qəzeti 30.000 AZN
24. "Xalq Cəbhəsi” qəzeti 30.000 AZN
25. "Novoye vremya” qəzeti 30.000 AZN
26. "Paralel” qəzeti 30.000 AZN
27. "Üç nöqtə” qəzeti 30.000 AZN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə