Bakıda iki azyaşlı FACİƏVİ şəkildə ölüb - YENİLƏNİB







Bakıda daha bir azyaşlı hündürlükdən yıxılıb. Lent.az-ın məlumatına görə, sentyabrın 14-də Paytaxtın Nizami rayonunda 3 yaşlı Fərid Hüseynov evlərinin eyvanından (5 mərtəbəli binanın 3-cü mərtəbəsindən) yıxılıb. Xəstəxanaya gətirilmiş uşaq orada ölüb.
Araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlarda azyaşlıların hündürlükdən yıxılması hadisələrinin sayı xeyli artıb.
**
11:52
Bakıda kanalizasiya quyusuna yıxılmış azyaşlı ölüb. Lent.az-ın məlumatına görə, sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva ehtiyatsızlıqdan kanalizasiya quyusuna düşüb. Uşağın meyiti oradan çıxarılıb.
Araşdırma aparılır.