Bakıda üç nəfər bıçaqlanıb




 Bakıda üç bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisələrdən biri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən kafelərdən birində qeydə alınıb. Kafenin sahibi Etibar Əlirzayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Döş nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.
Binəqədi rayonu S. S. Axundov küçəsində Laçın rayon sakini Vüqar Əliyev, Nəsimi rayonu Nizami küçəsində isə Bakı şəhər sakini Elşən Əliyev naməlum şəraitdə bıçaqlanıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.