Bələdiyyə sədrlərinin istefasının arxasında bir neçə səbəb var
2019-cu ildə Türkiyədə prezident və parlament seçkiləridir
21:26 24.10.2017
Arxiv
545
Referendumda ölkənin mərkəzi şəhərləri sayılan Ankara, İstanbul, Bursa və digər böyük məntəqələrdə hakim AKP qalib gələ bilməmişdi
Bələdiyyə sədrlərinin istefasının arxasında bir neçə səbəb var
Bələdiyyə sədrlərinin istefasının arxasında bir neçə səbəb var
Türkiyənin siyasi gündəmi hakim partiyanı təmsil edən bələdiyyə sədrlərinin istefası ilə çalxalanır. İstanbul Bələdiyyəsinin sədri Kadir Topbaşın vəzifədən getməsindən sonra Ankara bələdiyyə sədri Məlih Gökçək də 28 oktyabrda istefa verəcəyini bildirib. O, həmin gün bələdiyyədə iclas keçiriləcəyini və hər kəslə vidalaşdıqdan sonra vəzifəsindən ayrılacağını açıqlayıb.
Bursanın bələdiyyə sədri Rəcəb Altəpə də istefa verdiyini söyləyib. Xatırladaq ki, bir neçə gün öncə Ərdoğan İstanbul, Ankara, Bursa və Balıkesir və digər bələdiyyə sədrlərini istefaya çağırmışdı. Prezident bildirib ki, əgər sədrlər istefa verməsələr, bunun cəzası ağır olacaq: "O zaman nə lazımdırsa, tətbiq olunacaq. Çünki aidiyyəti qurumlarımız bununla bağlı qərarlarını veriblər. Biz sıradan partiya deyilik. Bu da sıradan olan hərəkət deyil”.
Türkiyədəki proseslərlə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, bələdiyyə sədrlərinin istefasının arxasında bir neçə səbəb var. Ekspert bildirib ki, ən başlıca səbəb 2019-cü ildə Türkiyədə keçirilən prezident və parlament seçkiləridir:
"Bu yöndə atılan addımları bir növ seçkiyə hazırlıq prosesi kimi dəyərləndirmək lazımdır. Nəzərə alaq ki, Türkiyədə prezident səlahiyyəti ilə bağlı keçirilən referendumda ölkənin mərkəzi şəhərləri sayılan Ankara, İstanbul, Bursa və digər böyük məntəqələrdə hakim AKP qalib gələ bilmədi. Halbuki onu müxalif MHP də dəstəkləyirdi. Bələdiyyə sədrlərinin AKP üzvü olmasına rəğmən, iri şəhərlərdə seçkinin nəticələrinin hakim partiyanın xeyrinə olmaması ciddi siyasi göstərici idi. Dəyişikliklərin əsas amillərindən biri məhz bu məsələdir.
Əslində həmin şəhərlərin bələdiyyə sədrlərinin istefası uzun müddətdir gündəmdə idi. Xeyli zamandır bu şəhərlərdə bələdiyyə sədri vəzifəsini icra edən şəxslərin müəyyən qüsurları haqqında informasiyalar dolaşırdı. Bu da onları xalqın gözündən salırdı. Ərdoğan həmin şəxsləri dəyişməklə bütövlükdə prosesə yeni nəfəs gətirmək, ictimai fikri müsbət yönə çevirmək istəyir”.
N.Miri bəyan edib ki, 2019-cu il AKP və Ərdoğan üçün həlledici dövr olacaq: "Seçkilərin əvvəlki illərdə olduğu kimi çox asanlıqla qazanılacağı düşüncəsi zəifdir. Çünki AKP-ni hədəfə alan xeyli daxili və xarici güclər mövcuddur. Səudiyyə Ərəbistan daxil olmaqla ərəb dünyasının böyük əksəriyyəti Ərdoğanın iqtidardan getməsinin marağındadır. Bu baxımdan növbəti seçkilərə böyük maliyyələr sərf olunacaq. Hətta ölkədə yeni siyasi gücün yaranacağı da iddia edilir. Yaxın günlərdə Meral Akşenerin yeni partiya yaradacağı bildirilir. Məlumdur ki, Akşener MHP və digər müxalif partiyalar tərəfindən ciddi şəkildə dəstəklənir. Xaricdən dəstəklənən yeni siyasi gücün qarşısında duruş gətirmək üçün AKP hökumətinin yenilənməsinə, kadr dəyişikliyinə ehtiyac var”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya