Sürüşmə zonalarında aktivləşmə müşahidə edilir. Məlumdur ki, bir neçə gün əvvəl Lerik-Lənkəran rayonunda baş verən təbii fəlakət nəticəsində yol bağlanmışdı. Bu cür hallar Ağsu aşırımı, Muğanlı istiqamətində də tez-tez baş verir. Son günlər müşahidə edilən yağışlı hava şəraitindən sonra həmin ərazilərdə, o cümlədən, paytaxtın sürüşmə ərazilərində aktivləşmələr müşahidə edildiyi deyilir. Coğrafiya İnstitutunun əməkdaşları ən təhlükəli yerlərin tam siyahısını açıqlayıblar. Artıq monitorinqlərə də start verilib. Havanın rütubətli və yağıntılı olması bu prosesi daha da sürətləndirir. Məsələn, paytaxtdakı Zığ massivində, Masazır ərazisində artıq sürüşmə halları qeydə alınıb. Mütəxəssislərin fikrincə, yağıntılar bir neçə gün də davam etsə, sürüşmə sahələrində intensiv aktivləşmə başlayacaq. Bu cür sahələrdən biri də Bayıl sahəsidir ki, bura da təhlükəli zonalardan biri hesab olunur. Sürüşmə sahələrindəki aktivlik təkcə paytaxtda yox, bölgələrdəki təhlükəli zonlarında da müşahidə edilir. Lənkəran -Lerik rayonunun 16-17-ci kilometrliyindəki sürüşmə sahəsində də aktivləşmə var. Eləcə də, Şamaxının Muğanlı kəndi, Muğanlı -İsmayıllı şossesi, Ağsu aşırımı kimi tanınan ərazilərdə də bu proses sürətlənib. Coğrafiya İnstitunun Landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə ən təhlükəli sürüşmə zonalarının adını açıqlayıb: "Tədqiqatlarımıza görə, yağıntılar belə davam etsə, aktivləşmə artacaq, hətta təhlükə də gözlənilir. Düzdür, qarşısını almaq üçün bənd işləri aparılır, tədbirlər görülür, amma bu təbii fəalktədir. Qarşısını almaq olmur, amma yenə də monitorinqlər aparırıq”. Qurum rəsmisi Coğrafiya İnstitu, digər elmi tədqiqat instituları və ETSN tərəfindən mütəmadi olaraq təhlükəli sürüşmə sahələrində monitorinqlər aparılıdığını da vurğuladı. Hazırda, işçi heyəti Şamaxının Muğanlı kəndi ərazisindəki sürüşmə zonasında geniş miqyaslı tədqiqatlar aparır.
Sürüşmə zonalarında aktivlik başladı
23:27 08.10.2013
Arxiv
775
Azərbaycanda ən təhlükəli yerlərin tam siyahısı verildi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Yetirmişli: Baş verən təkanların sayı 13 də keçib
15:52 26.12.2024
Hadisə
Tbilisidə atışma olub - bir nəfər yaralanıb
15:51 26.12.2024
Hadisə
BƏƏ rəhbərliyi Azərbaycan liderinə başsağlığı məktubu ünvanlayıb
15:30 26.12.2024
Siyasət
TDT Baş katibi Prezidentə başsağlığı məktubu ünvanlayıb
15:20 26.12.2024
Siyasət
Tiktoker Vaqa həbs edildi
15:17 26.12.2024
Cəmiyyət
NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
15:01 26.12.2024
Siyasət
Rusiyadan WhatsApp qərarı: 2025-ci ildə qadağan oluna bilər
14:39 26.12.2024
Dünya
Həkimlər belə şoka düşdülər! Tam 13 kiloqram... - FOTO
14:20 26.12.2024
Sağlamlıq
Məsud Pezeşkian İlham Əliyevə zəng edib, başsağlığı verib
14:17 26.12.2024
Siyasət
71 il çəkən “kupça” davası: Zərərçəkmiş də öldü, vəkil də
14:14 26.12.2024
Hadisə
Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə zəng edib
14:09 26.12.2024
Gündəm