20 günlük körpəsi ilə imtahana girdi

Amasiya Universitetində təhsil alan Merve Sevən, 20 gün əvvəl körpə dünyaya gətirib. Sherg.az "Milliyet"ə istinadən xəbər verir ki,  Cemre adını verdikləri körpəsi səbəbiylə pedoqoji formalaşma imtahanına girə bilməyəcəyini universitet rəhbərliyinə bildirən Sevənə,  dekanlıq, körpəsiylə birlikdə xüsusi bir salonda imtahana girə biləcəyini bildirib.
Həyat yoldaşı Şahin Sevən və 20 günlük körpəsi ilə imtahana girmək üçün Amasiya Universitetinə gələn və bir qadının müşaiyyəti ilə imtahana girən Sevən, "Körpəmlə imtahana girəcəyəimi düşünmürdüm. Amma müəllimim sağ olsun, çox kömək etdi. İmtahana körpəmlə birlikdə girdim. Amasiya Universiteti rəhbərliyinə çox təşəkkür edirəm" deyib.
Amasiya Universiteti Təhsil fakültəsi dekan köməkçisi Yrd. Dos. Dr. İlker Kösterilioğlu isə, "Bu gün burada universitetimizə müraciəti olan təxminən min 250 ətrafında pedeqoji formalaşma təhsili alanların final imtahanını reallaşdırırıq. Bu mənada bəzi tələbələrimizin xüsusi vəziyyətləri ortaya çıxa bilir. Bizə müraciət edən bir tələbəmiz 20 günlük körpəsi olduğunu ifadə etdi.
İmtahana gələ bilməyəcəyini, bu mənada biz də formalaşma vahidi olaraq hörmətli dekanımızın da səlahiyyətini əsas tutaraq ona fərqli bir mühitdə bir qadının köməkliyi ilə uşağıyla birlikdə imtahana girməyi təmin etdik".