"Obama hakimiyyətdən gedəndən sonra..."

" “İŞİD qruplaşmasını Barak Obama yaradıb” demək ox asandır"


"İŞİD-i yaradan elə İraq hökumətidir”.

Bunu Sherg.az-a İraqın sabiq baş naziri, hazırda ölkənin vitse-prezidenti olan Nuri əl-Malikinin "İŞİD qruplaşmasını Barak Obama yaradıb” bəyanatına münasibət bildirərkən konfliktoloq Elxan Mehdiyev deyib. 

Onun sözlərinə görə İraqda qeyri-stabillik mövcud olduğundan və rəhbərlik ölkənin üzərində nəzarət edə bilmədiyindən İŞİD kimi terror qruplaşmaları sonradan böyük qüvvəyə çevrildi:

"Nəticədə İraqın yarıdan çoxu həmin birləşmələrin əlinə keçdi. Bu proses ölkə rəhbərliyi və ordunun İŞİD qüvvələrinin tərəfinə keçməsi nəticəsində baş verdi. Çünki, İŞİD bilavasitə amerikalıların İraq ordusunu məğlub edib, onun bütün silahlarını və maddi texnikasını ələ keçirməklə gücləndirilib. İndi bütün bunları hakimiyyətdən gedəndən sonra Barak Obamanın üzərinə yıxmaq çox rahatdır”.

Qeyd edək ki, İraqın sabiq baş naziri, hazırda ölkənin vitse-prezidenti olan Nuri əl-Maliki bəyanatlarının birində keçmiş ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq siyasətini sərt tənqid edib. Nuri əl-Maliki İŞİD qruplaşmasını Barak Obamanın yaratdığına dair fikir səsləndirib.

Aysel Aslan