Yaz Azərbaycana martın 20-si, saat 14:29-da gələcək

Novruz çərşənbələrinin vaxtı açıqlandı



Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı açıqlanıb.
Axşam.az-ın məlumatına görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

X.Mikayılov onu da qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq.