Tovuzda 16 yaşlı qız intihar edib




Tovuz rayonunda intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düzqırıqlı kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Qəmbərova Aliyə Habil qızı yaşadığı evdə özünü asıb. Intiharın səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.