27 gəmi, 14 helikopter və 3 min hərbçi 83 nəfəri axtarır - QARA DƏNİZDƏ




Bu gün Qara dənizə düşən Rusiyaya məxsus "TU-154” təyyarəsinin qalıqlarını və həlak olanların meyitlərini tapmaq üçün əraziyə 27 gəmi cəlb edilib. 

Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, gəmilərlə yanaşı 14 helikopter və 3 mindən çox hərbçi-xilasedici qüvvələri ərazidə axtarış tədbirləri həyata keçirir. Axtarış ümumilikdə 10 kvadrat kilometr ərazini əhatə edir.
Qeyd edək ki, təyyarədə olduğu dəqiqləşən 93 nəfərdən 10-un cəsədi artıq tapılıb. Hazırda 83 nəfərin cəsədi axtarılır.