Bakıda qaldırıcı kran aşdı

Yaralıya tibbi yardım göstərmədən taksi ilə ərazidən uzaqlaşdırıblar

Dünən paytaxtın Yasamal rayonu ərazisində binalardan birinin qarşısında qurulan qaldırıcı kran aşıb. ANS TV-nin müxbirinin verdiyi məlumata görə, hadisə Hüseyn Cavid prospekti 18 ünvanında baş verib. Binanın yuxarı mərtəbələrində fasad hissəsində elektrik işləri görülən zaman kranın yük qaldıran hissəsində tarazlığın pozulması nəticəsində qəza baş verib. Hadisə zamanı kranın üzərində olan fəhlə xəsarət alıb. İş icraçıları isə həmin fəhləni hüquq-muhafizə orqanlarından gizlətmək məqsədilə ona heç bir tibbi yardım göstərmədən, yaralını taksiyə ilə ərazidən uzaqlaşdırıblar. Əraziyə Yasamal rayon polis idarəsi əməkdaşları cəlb edilib. Qaldırıcı kranın sahibini və yaralının kimliyinin məyyən edilməsi istiqamətində əməliyyat başlanıb. Hadisə yerinin yaxınlığında olan təhlükəsizlik kamerasındakı görüntülər izləndikdən sonra qəzanın hansı şəraitdə baş verməsinə də aydınlıq gətiriləcək.