Azərbaycanda siqaretin qiyməti artdı

Siqaretlərin qiymətində 10-20 qəpik arasında artım baş verib




Bazarlar Bakının bir neçə mağazasında, ölkəyə xaricdən gətirilən və daxili istehsal olan siqaretlərin qiymətində 10-20 qəpik arasında artım baş verib.
Qiymət artımı "Viceroy", "West", "LD", "Winston"un bütün növlərində və digər populyar siqaret markalarında müşahidə olunub.
Qeyd edək ki, satıcılar siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırıldığını deyiblər.

Təəssüf ki, istirahət günü olduğundan məsələyə rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.