Sumqayıtda fəhlə torpaq uçqunu altında qaldı






Sumqayıt şəhərində 1 nəfər torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb.
 Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xətti çəkilən zaman torpaq sürüşməsi baş verib və 1 nəfər fəhlə torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb. Xəsarət alan şəxs, Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə uçqun altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 13:40-da başa çatırılıb.