3 gündə 9 evi talan etdi - BAKIDA




Bakıda oğurluqla məşğul olan şəxs tutulub. 

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 29-dan fevralın 1-dək olan müddətdə rayon ərazisindəki 9 evdən pul, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rüfət Əliyev tutulub.

Araşdırma aparılır.