3 uşaq həyətdə oynadığı zaman zəhərləndi - SƏBƏB

Şirvanda üç azyaşlı zəhərlənib.

APA -nın məlumatına görə, hadisə Şirvan şəhəri, Tağıyev küçəsi ev 5 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 5 yaşlı Fidan Məlikova, onun qardaşı, 4 yaşlı Ramal Məlikov və onların qonşusu, 7 yaşlı Xanlar Babayev binanın həyətinə qoyulmuş ziyanvericilərə qarşı dərmandan yeyiblər. Uşaqların vəziyyətiqəfildən pisləşib və onlar dərhal xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən uşaqların müalicəsi davam etdirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.