3 yaşlı uşaq anasını öldürdü





ABŞ-da, xüsusilə məktəb hücumları və insanların kütləvi toplaşdığı yerlərdə gündəmə gələn silah qadağası, bu dəfə başqa bir səbəblə Amerika ictimaiyyətinin gündəminə oturdu.
Oklahoma əyalətinə bağlı Tulsa şəhərində, 3 yaşlı bir uşağın evdə divanın altından tapdığı yüksək kalibrli bir silahın tətiyini basaraq, 1 yaşındakı qardaşının altını dəyişdirməkdə olan anasının ölümünə gətirib çıxarması, ABŞ-da tez-tez hallanan silahlar qadağasını yenidən gündəmə gətirdi.
Amerika mediasındakı xəbərlərə görə, adı açıqlanmayan üç yaşındakı uşaq evlərində divan altında saxlanan çox sayda silahdan birini götürərək tətiyinə toxundu. Yüksək kalibrli, yarı avtomatik silahdan çıxan güllə  qundaqdakı körpəsinin altını dəyişdirməkdə olan 26 yaşlı ana Christa Englesə dəydi.
Christa Englesin cəsədini, işindən evə dönən qayınanası gördü. İki uşağın da bu arada qanlar içində olduğu, üç yaşındakı uşağın davamlı olaraq ‘‘anam vuruldu'' dediyi ifadə edildi.
Xəbərlərdə, üç yaşındakı oğulu tərəfindən qəzayla vurulmasının ardından təxminən bir saat sonra Christa Engles can verib. Əvvəllər ABŞ ordusunda vəzifə yerinə yetirən, indi başqa bir əyalətdə şoferlik edən həyat yoldaşı Brian Engles hadisəni eşitdikdən sonra Oklahomaya dönüb. Polis səlahiyyətliləri, evdə fərqli silahların tapıldığını açıqladı.