Türkiyədə PKK terrorçuları ilə qarşıdurma: 2 ölü, 11 yaralı




Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb.

Sherg.azreport.az-a istinadən bildirir ki, hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb.

Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu və Van Dövlət Xəstəxanasına aparıldığı bildirilib. Digər 9 yaralı isə Doğubəyazid Dövlət Xəstəxanasına çatdırılıb.

Məlumatda 5 PKK terrorçusunun ölü ələ keçirildiyi qeyd olunub.