İnternetin keyfiyyəti ödənilən vəsaitin müqabilində çox aşağıdır

Osman Gündüz: "Bu, müəssisələrin özünün vicdanından asılıdır "

"Kabel internet təchizatına hava şəraiti təsir etməməlidir”.

Bunu Sherg.az-a vətəndaşları hər zaman maraqlandıran kabel internetin sürətinin zəif olmasının səbəblərindən danışarkən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

O bildirib ki, Baku İnternet xidməti ilə əhaliyə təklif olunan internetin sürəti zəifdirsə, pis, yüksək keyfiyyətlidirsə, yaxşı işləməlidir:


"Hava şəraitinin pozulması ilə əlaqədar internetin zəifləməsi mümkün deyil.
Lakin mobil internet vasitələrinin hava şəraitindən təsirlənməsi, zəifliyi müşahidə oluna bilər.

Kabel internet satıcıları az internet alsa, əhaliyə də az satır. Ödənilən vəsaitin müqabilində keyfiyyəti aşağı olan internetin satılması artıq bu, müəssisələrin özünün vicdanından asılıdır.

Baku İnternetlə əlaqə saxladıqda vətəndaşların qarşılaşdığı problemin hava şəraiti ilə bağlı olduğunu bildirirlərsə, bu, tamamilə yanlışdır. Kabel internetin zəifliyinin hava şəraitindən asılı olması o zaman ola bilər ki, yağış yağıb, quyulara dolur və xəttə gələn kabel həmin quyularda olur. Bu zaman problem yarana bilər. Amma digər hallarda kabel internetin hava şəraiti ilə əlaqədar olması mümkün deyil”.

Aysel Aslan