"Sovet dövründə uşaqlar üçün müayinə və yeməklər pulsuz idi"

Şəmsiyyə Namazlı: "Süni qidalar və pamperslər gündəlik istifadə olunan məhsullar olduğuna görə, onların qiymətlərində artım müşahidə olunur"

"Yetişən yeni nəsil bizim gələcəyimizdir. Bu baxımdan körpələrə diqqət göstərməliyik”.

Bunu Sherg.az-a süni uşaq qidalarının və uşaqlara lazım olan vasitələrin qiymətlərinin baha olması haqqında danışarkən tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyib. 

O bildirib ki, süni qidalar və pamperslər gündəlik istifadə olunan məhsullar olduğuna görə onların qiymətlərində artım müşahidə olunur:

"Dünya müharibəsindən məğlub çıxmış Almaniyada qərar çıxarıldı ki, hər şeyin qiyməti qaldırıla bilər, yalnız uşaqlara verilən süni qidaların qiyməti aşağı olmalıdır. Çünki körpələr bizim gələcəyimizdir. Amma hazırda ölkəmizdə körpələr üçün lazımlı olan məhsulların qiymətlərinin yüksək olmasını qınamaq olmur. Çünki bunlar xaricdən gətirilir. Ölkəmizdə bunların istehsalı yoxdur ki. öz şərtlərini öz qiymətlərini qoya bilsin. 

Amma yenə də mütləq nəzərə alınmalıdır ki, başqa ərzaqlardan fərqli olaraq, uşaq yeməkləri, süni uşaq qidaları ucuz olmalıdır. Çünki bunlar körpədir. Mənim yadımdadır ki, Sovet dövründə 1 yaşa qədər uşaqlar üçün hər şey, poliklinikalarda xidmət, müayinə, yeməklər və .pulsuz verilirdi. Hazırda isə bu məsələ bir qədər kölgədə qalıb. Yenə də böyüklərin qidaları ilə müqayisədə körpələrinki daha ucuz olmalıdır”.

Aysel Aslan