Mançesterdəki terrorda ölən və yaralananlar arasında azərbaycanlı varmı? - XİN




"Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını yerli orqanlar vasitəsilə araşdırır”.

Bu sözləri APA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, hər hansı xəbər olduğu təqdirdə, əlavə məlumat veriləcək.