3,5 metr uzunluğu var: Kimsə nə olduğunu bilmir

İngiltərədə sahildə gəzintiyə çıxan bir cütlük qumluda qəribə bir qalıq tapıb. Nə olduğunu heç cür anlaya bilmədikləri 3,5 metrlik sirrli varlıq dinozavr müzakirələrini gündəmə gətirdi. (milliyyət. com.tr).
İngiltərədə sahilə çıxan sirrli canavarın qalığı qorxutdu. Varlığı Melanie Rees və həyat yoldaşı Mede Rees gəzdikləri zaman tapıb. Dərhal canavarın fotoşəkillərini çəkən cütlük qumlar arasındakı bu qəribə varlığın nə olduğunu heç cür anlaya bilməyib. 3,5 metr uzunluğu olan varlıq ilk baxışda odun parçasını xatırlatsa da, həm bir timsaha, həm də bir balinaya bənzəyir. İctimai mediada sirrli varlığın şəkillərini paylaşan cütlük bunun nə olduğunu anlamaq üçün kömək istəsə də, hələ varlığı təyin edə bilən çıxmadı. Ancaq kimiləri zarafatla,  kimiləri də ciddi olaraq qalığın bir dinozavra aid ola biləcəyi şərhini də qeyd  edirlər.