Tikanlı məftillərə dolandı: Çoban iti bir neçə gün keçini tək buraxmadı




Ankaranın Ayaş qəsəbəsində bir çoban iti, dağda tikanlı məftillərə dolanaraq ərazidə qalan keçinin qurtarılmasını gözlədi. Çoban iti onun başından heç ayrılmadı.

Tellərə dolandığı üçün yaralanan və gedə bilməyən keçini, sürünün iti bir an belə tək buraxmadı. Keçi sürüsünün çobanı, keçi və itin bir neçə gündür itkin olduğunu söylədi. Yaralı keçi dağlıq sahədən keçən vətəndaşların fərq etməsi sonrası qurtarıldı; çoban iti də sürüyə döndü.

Yaşar Öztüryə aid olan Karabaş adlı it, əraziyə atılmış tikanlı məftillərə ilişərək ağır yaralanan keçisini qurtarılana qədər gözlədi. Boş ərazi üzərində tellərə dolanmış yaralı keçinin başında gözləyən iti görən vətəndaşlar, bölgədəki çobanlara xəbər verdi. Hadisə yerinə gələn çoban yaralanaraq ərazidə qalan keçini ilişmiş tellərdən qurtardı. Qurtarılan keçi yaraları səbəbiylə sürünün yanına təkrar dönə bilmədi. Yaralı keçinin başından heç ayrılmayan Karabaş, çobanın keçini kürəyinə alaraq aparmasının ardından təkrar sürünün yanına döndü. Keçinin bir neçə gündür ərazidə qalmış olduğu və Karabaşın da onun yanından ayrılmadığı öyrənildi.