Mehriban Əliyeva idmançımızı təbrik etdi

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva bu uğur münasibətilə idmançını təbrik edib.

“Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!” - birinci xanım rəsmi instaqram hesabında yazıb.