Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq 

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.
"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində yerləşən “Masallı” qaz paylayıcı stansiyadan qidalanan Qəriblər kəndində 2024-2025-ci illər payız-qış tədbirlər planına uyğun olaraq qaz xəttlərini dayaq üzərinə qaldırılması üçün Qəriblər, İsilər, Məmmədrzaküçə və Əzizabad kəndlərinin ümumilikdə 600 abonentin qaz təchizatının 5 sentyabr tarixində saat 10:00 dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.