Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir

Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bir çox məsələdə hər iki ölkənin maraqları üst- üstə düşür: “Ona görə biz əməkdaşlığı genişləndirmək istəyirik”.