Ermənistan konstitusiyasını yenidən nəzərdən keçirməyə başlayır

"Sabah İrəvanda Komissiyanın iclası keçiriləcək və orada Konstitusiya İslahatları Şurasının üzvü Daniel İoannisyanın təklifi müzakirə olunacaq".

Oxu.Az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan konstitusiya islahatlarından danışarkən bildirib.

Referendumla deyil, konkret maddələrin dəyişdirilməsinin müzakirəsi təklif olunub.

"Bu yeni bir ideya, yeni bir fikirdir ki, biz onu müzakirə edəcəyik. Artıq şura qərar verəcək. Konstitusiya referendumunun 2027-ci ildə keçiriləcəyi ilə bağlı ilkin qavrayış var.

O vaxta qədər hər şeyi ətraflı şəkildə, ictimai müzakirələr, peşəkar ictimaiyyətlə iş vasitəsilə etmək üçün kifayət qədər vaxtımızın olması vacibdir. Şuranın özü müxtəlif layihələrə cəlb olunmuş insanlardır, onlar hər şeyi sakit və ətraflı şəkildə təhlil edə biləcəklər.

Artıq səs verdiyimiz və müzakirə etdiyimiz məsələlər var, lakin hələ çox iş görülməlidir. Demək olar ki, sabah yeni konstitusiyanın müzakirəsinə start veriləcək", - deyə Minasyan bildirib.