Taliban və Pakistan arasında silahlı toqquşma baş verdi

Əfqanıstanda radikal Taliban hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnyus” telekanalı məlumat yayıb.

Döyüşlər Əfqanıstanın Host vilayətində başlayıb.

Yüngül və ağır silahların istifadə edildiyi toqquşmaların Talibanın üç gündür mübahisəli sərhəd bölgəsində postlar tikdiyi üçün başladığı bildirilir. Zərərçəkənlər barədə məlumat verilməyib.