İldırım düşdü 60 inək tələf oldu




Çilidə şiddətli fırtına inəkləri vurdu. Hadisənin yaşandığı yerə düşən ildırım 60 inəyi eyni anda tələf etdi. Yaşanan hadisədən şoka düşdüyünü söyləyən sürünün baytarı, "Fırtına başlayan kimi traktora minib, heyvanları nəzarət etməyə gəldim. Ancaq çox gec olmuşdu" dedi.

Baytar, "Daha əvvəl buna bənzər bir hadisə eşitməmişdim. Bu fermadan pul qazanmamıza səbəb olan heyvanların ölümü səbəbiylə çox üəgünəm" şəklində reaksiya verdi. Çili əkinçilik və heyvandarlıq xidməti, tələf olan heyvanların sağlam olduğunu ifadə etdi.

Ancaq ola biləcək epidemiyanın qarşısını almaq üçün heyvanlar dərin çuxurlara basdırıldı. Çuxurlar bağlanıldıqdan sonra pis qoxu yaranmasın deyə üzərində limon ağacı əkildi.

Səlahiyyətlilər eyni fırtınada Santiaqonun cənubundakı bir başqa fermada 9 inəyin eyni səbəblə tələf olduğunu ifadə etdi.