Kəlbəcərlilər ANS-in jurnalisti hədələyirlər

“İnboxuma yazan kəlbəcərlilər, məncə çox dərinə getdiniz amma»


 ANS televiziyasının müxbiri Ləman Əliəşrəfqızı ilə kəlbəcərlilərin mübahisəsi davam edir.

Jurnalist kəlbəcərlilərin onu dayanmadan təhqir etdiyini deyir. Bu barədə Ləman Əliəşrəfqızı "Facebook” statusunda yazıb: "İnboxuma yazan kəlbəcərlilər, məncə çox dərinə getdiniz amma. Bu süjeti paylaşıram ki, hərə öz payını alsın. Mərdi qova-qova namərd etməyin, lütfən”.

Xatırladaq ki, kəlbəcərlilər Ləman Əliəşrəfqızının bu rayonun işğalının ildönümü ilə bağlı hazırladığı reportajda səsləndirdiyi fikirlərə etiraz edir.