BDU-dan intihar etmək istəyən tələbə ilə bağlı AÇIQLAMA





Bakı Dövlət Universitetinin tələbəsi Babayeva Aysel Muxtar qızının intihara cəhd etməsi ilə bağlı universitet mövqeyini bildirib. Lent.az-ın məlumatına görə, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib ki, həmin tələbə artıq universiteti bitirib: "Aysel Babayevanın qayıbları və akademik borclarına görə intihara cəhd etməsi haqqında yayılmış xəbərə cavab olaraq bildirmək istəyirik ki, o, 2013-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib. Oxuduğu müddətdə bəzi dərslərə və imtahanlara gəlmədiyinə görə müəyyən akademik borcları qalıb. A.Babayeva passiv tələbə kimi qeydiyyatdadır”.