Space-də İlham Mirzəyevi axtarır





"Biz də İlham Mirzəyevi axtarırıq, amma gün ərzində nə qədər cəhd etsək də, onunla əlaqə yarada bilmirik”.
Lent.az-ın məlumatına görə, bu sözləri aktual.az-a "Space” TV-nin icraçı direktoru Kamil Şahverdiyev telekanalın əməkdaşı, aparıcı İlham Mirzəyevin həbs xəbərinə münasibət bildirərkən deyib.
Kamil Şahverdiyev qeyd edib ki, İlham Mirzəyevin həbsi barədə xəbəri mətbuatdan öyrəniblər: "Ona görə də konkret məlumatımız yoxdur. Məlumat əldə edən kimi mətbuata ətraflı açıqlama verəcəyik”.
Xatırladaq ki, həbs xəbəri yayılan İlham Mirzəyev "Space” telekanalında "Etibar edin” verilişinin aparıcısı idi.