Ürək parçalanır

7 yaşlı uşaq böyrəyini anasına verdi, özü həyatla vidalaşdı


Çində 7 yaşlı Chen Şiaotian adlı uşağın anası Zhou Lu üçün etdiyi fədakarlıq ürək parçaladı. 5 yaşında olarkən beynində şiş olduğu təsbit edilən və həkimlərin çox yaşaya bilməyəcəyini ifadə etdiyi Chenin anası, oğlunun xəstəliyindən qısa müddət sonra özündə də böyrək çatışmazlığı olduğunu öyrəndi. Ana və oğul iki il boyu xəstəliklərinə qarşı birlikdə mübarizə verdi. Bu sırada Chen beyin xərçəngi səbəbilə görmə qabiliyyətini itirdi. Anası isə özünə uyğun böyrək tapıla bilmədiyi üçün dializ maşınına bağlandı. Vəziyyəti pisləşən 7 yaşlı Chen, bir gün xəstəxanada həkimlərin anasına "Oğlunuzun böyrəyi sizi qurtara bilər” dediyini eşitdi. Oğlunun öləcəyini qəbul edə bilməyən Zhou Lu bu fikrə şiddətlə qarşı çıxsa da, Chen, anasına "Ana, ölməmə icazə ver. Sənin həyatını qurtarmaq istəyirəm” dedi. Anası oğlunun söylədiklərini sonda ağlayaraq qəbul etmək məcburiyyətində qaldı. Chen həyatını itirdikdən sonra da, Zhou oğlunun böyrəyi ilə həyatda qaldı. Yeddi yaşındakı cəsur uşağın böyrəkləri ilə iki adamın həyatının qurtarıldığı açıqlandı.