Ölkəni nəhəng siçovullar basdı

Qlobal istiləşmə onlara yaxşı təsir edir və insanlara daha çox yaxınlaşır



İngilis "Daily Mirror” qəzeti, "İngiltərədə nəhəng siçovullar vəbası” başlıqlı xəbərində ölkəni zəbt edən burundan quyruğa qədər 60 santimetr uzunluğunda olan siçovulların İngiltərənin şəhərlərini təhdid etdiyini yazdı.

Liverpulda tutulan nəhəng, quyruğu uzun siçovulların fotoşəkilini nəşr edən ingilis qəzeti, mütəxəssislərin, zəhərə qarşı immuniteti olan bu siçovulları dayandırmaqda çarəsiz qaldığına diqqət çəkdi.

Siçan zəhəri işə yaramır

Siçan zəhərinin işə yaramadığı bu siçovulları "Daily Mirror” qəzeti, "Kral Siçan” başlığıyla tanıtdı. Kiçik pişiklərin ölçülərinə çatan canavar siçovulları öldürmək üçün əlaqədar təşkilatlar daha qüvvətli zəhər istədiklərini vurğulayan qəzet, bu siçovulların şəhərləri və qəsəbələri zəbt edərkən restoranlardan zibilə atılan yeməkləri yediklərinə işarə etdi. Bu nəhəng siçovulların indi İngiltərənin ikinci böyük şəhəri Liverpulu da zəbt ediyini yazan "Daily Mirror”, Vəba İdarəsinin işçisi Keith Fellowsun bu şərhinə yer verdi: "Pişik böyüklüyündə siçovullar gördüm. 60 santimetr uzunluğundadırlar. Zəhərin dozasını hər on gündə bir artırsaq da, immunitet qazanırlar və nəhəng siçovullar meydana gəlir”.

İngiltərədə siçanların sayının 10 milyonu keçdiyi ifadə edilərkən, bu rəqəmin 80 milyona qədər artacağı bildirilir. Qlobal istiləşmənin onlara yaxşı təsir etdiyi və insanlara daha çox yaxınlaşdığı ifadə edilir.